Vetennamine.az saytının Qərb regionu üzrə bölgə müxbiri Namiq Alıyevin verdiyi məlumata əsasən , 28.01.2023-cü ilmtarixində Kəlbəcər rayonunda xidməti vəzifəsini icra edərkən həlak olmuş, Şəhidlik zirvəsinə yüksəlmiş “N” saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam tağımının 2-ci mühəndis-istehkam manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Qazax rayon Agköynək kənd Kiçik çavuş Şəhid Qaragözov Alıxan Əkbər oğlunun ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 2 il ötür.Qəhrəman şəhidimizin ildönümü mərasimində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filialının üzvləri və Azərbaycan Respublikası Müharibə Əmək və Silahll Qüvvələri Veteranları Təşkilatı Qazax rayon şöbəsinin üzvləri iştirak etdi.
Allah Şəhidlərimizə rəhmət eləsin !
Vətən Naminə Mətbuat Xidməti













