Vetennamine.az saytının müxbiri Həlimə Əliyevanın verdiyi məlumata əsasən, Azərbaycanın İrandaki Səfirliyinə terror hücumu nəticəsində Şəhid olan Orxan Əsgərovun nəşi ilə bugün onun yaşadığı Yasamaldaki evinin qarşısında vida mərasimi keçirilib . Vida mərasimində fəxri qarovul dəstəsi düzülüb.Vida mərasimində mərhumun qohumları , dövlət nümayəndələri , ictimaiyyət və mediya nümayəndələri iştirak edirdilər.Vida mərasimi başa çatdıqdan sonra , Şəhidimizin nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər Xiyabanına aparılıb.Dəfn mərasimində Müdafiə Naziri Zakir Həsənov , Daxili İşlər naziri Vilayət Eyvazov , Müdafiə Sənayesi naziri Mədət Quliyev , Silahlı Qüvvələrin Baş Qərərgah rəisi Kərim Vəliyev , DTX -nın rəsini Əli Nağıyev və digər vəzifəli şəxslər , Şəhidin qohumları və yaxınları iştirak edirlər.
Allah Şəhidlərimizə Rəhmət Eləsin !
Vətən Naminə Mətbuat Xidməti













