Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz
Novruzəlizadə Orxan Elxan oğlu Ağstafanın Vurğun qəsəbəsində kənd məzarlıgında
anasının yanında dəfn olunub.
VETENNAMİNE.AZ saytının Qazax rayonu üzrə müxbirinin verdiyi məlumata əsasən,
dəfn mərasimində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Qazax rayon filialının üzvləri, Azərbaycan Respublikası Müharibə Əmək və
Silahll Qüvvələri Veteranları Təşkilatı Qazax rayon şöbəsinin üzvləri və Azərbaycan Mübarizlər
Cəmiyyəti İctimai Birliyinin Qazax rayon filialının üzvləri iştirak edib.
Allah Şəhidlərimizə Rəhmət Etsin!

Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti













