AzQMƏVŞAİB-in Qazax rayon regionu üzrə bölgə müxbirinin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının üzvləri, Azəbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının üzvləri və Azərbaycan Mübarizlər İctimai Birliyinin üzvləri Qazax rayon Yuxarı Salahlı kəndinin qüruru, 2016-cı il tarixində Aprel döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhid olmuş Xüsusi Təyinatlı Qüvvlərin Kəşfiyyatçısı Baş Leytenant Namazov Elvin Məmməd oğlunun məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!