VETENNAMİNE.AZ xəbər verir ki, şəhid Nağıyev Baloğlan Müdahət oğlunun şəhadətə qovuşmasın üçüncü il dönümüdür.
Şəhidin il dönümü münasibəti ilə anım mərasimi keçirilib. Mərasimdə şəhid anaları, şəhidin təhsil aldığı məktəbin şagirdləri, şəhidin müəllimi, Bərdə rayon icra hakimiyyətinin nümayəndəsi, Azərbaycan Qarabağ Müharribəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, Bərdə cümə məscidinin Axundu Ramazan Hüseynov iştirak edib.