Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, bununla bağlı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rahib Şiriyev, YAP-ın Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, AzQMƏVŞAİB-in Lerik rayon filialının sədri Veysəl Məlikov, SHXÇDX-nin Lerik rayon şöbəsinin əməkdaşı Əlizamin Rzayev və şəhid ailələri şəhidin məzarını ziyarət edərək məzarın üzərinə gül dəstələri düzüblər və şəhidin vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi şücaətindən danışıblar. Şəhidimizin digər qardaşı Altay Mövlanovda vətən müharibəsində şəhid olub.
Daha sönra məktəblilər şəhidimizin məzarı üstündə vətənpərvərlik ruhunda şeir söyləyiblər.
Şəhid Mövlanov Elgün Tahir oğlu 2002-ci il aprelin 5-də Lerik şəhərində anadan olmuşdur.
Vətən müharibəsində döyüşlərdə göstərdiyi şücaət və mərdliyinə görə Müzəffər Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!