Vetennamine.az saytının Gəncə regionu üzrə bölgə müxbiri Vasif Quliyevin verdiyi məlumata əsasən,
10.12. 2022 ci il Samux rayon Füzuli kəndində Şəhid mayor Maşıyev Asəf Valod oğlunun səadətinin il donumu ilə əlaqədar mərasim kecirildi. Mərasimdə İcra Hakimiyyətinin Başçısı Ali Qocayev, Hüquq Müafizə orqanlarının rəhbərləri, rayon ağsaqqallar Şurasının sədri B. Garay, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Samux rayon filialinin sədri O.Mirzəmməd, rayon məscidinin imamı Haci İlham, kənd sakinləri, müharibə əlilləri, veteranları, Şəhid Ailələri və media nümayəndələri iştirak etdilər. Mərasim Şəhidin qəbirüstü abidəsindən başladı, doğulduğu ata ocaginda ehsan süfrəsi ilə davam etdi. Mərasimdə Şəhidlərin ruhuna dualar oxundu və Allahdan rəhmət diləndi.
Vətənnaminə.az Mətbuat Xidməti