VETENNAMİNE.AZ saytına cənub regionu bölgə müxbiri Bəhruz Əliyev məlumat verərək bildirib ki, bu münasibətlə RİH-nin şöbə müdiri Bəhruz Mirzəzadə, deputatın köməkçisi Əfsun Əlizadə, AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid ailələri və qazilər şəhidin ailəsinə baş çəkib, şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Şəhid baş-leytenant Mailov Namiq Abış oğlu 1983-cü il Biləsuvar rayonunda anadan olub.
Vətən müharibəsində Füzuli rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Müzəffər Ali Baş Komandan tərəfindən ölümündən sonra 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni ilə, “VƏTƏN UĞRUNDA”, “FÜZULİNİN AZAD OLUNMASlNA GÖRƏ”, “İGİDLİYƏ GÖRƏ” medalları ilə təltif olunmuşdur.
Ailəli idi, iki oğul övladı dövlətimizə əmanətdir.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti