vetennamine.az saytının cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən, 24 mart 2023-cü ildə Biləsuvar rayonunda Şəhid Məmmədzadə Kamran Fizuli oğlunun doğum günü qeyd olunub.
Bu münasibətlə RİH-nin şöbə müdiri Bəhruz Mirzəzadə, deputatın köməkçisi Əfsun Əlizadə, SHXÇDX Biləsuvar rayon şöbəsinin məsul işçisi Vasif Rzayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri Biləsuvar rayon filialının sədri , 2-ci qrup Qarabağ qazisi Bəhruz Əliyev, şəhid valideynləri şəhidin ata ocağına baş çəkdilər, məzarıni ziyarət edərək ruhuna dualar oxudular.
Şəhid Məmmədzadə Kamran 1996-cı ildə Biləsuvar rayonunun Çayli kəndində anadan olmuşdur. Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonları uğrunda döyüşlərdə iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
UNUTMADlQ,UNUTMARlQ!