AzQMƏVŞAİB-in Qazax rayon bölgə müxbirinin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının üzvləri, Azəbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı, Azərbaycan Mübarizlər İctimai Birliyinin üzvləri və şəhidin ailə üzvləri şəhid Məmmədov Amid Müqabil oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Allah Bütün Şəhidlərə Rəhmət Etsin! Amin.
Qarabağ Azərbaycandır!