AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev VETENNAMİNE.AZ saytına məlumat verərək bildirib ki, tədbirdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının nümayəndələri, AzQMƏVŞAİB-in Lerik rayon filialının sədri Veysəl Məlikov, liseyin müəllim və şagird kollektivi və şəhidimizin yaxınları iştirak ediblər.
Tədbirdə çıxış edənlər, əməkdar müəllim Gültəkin Şıxəliyeva, liseyin hərbi rəhbəri Arzuman Nəhmədov şəhidin həyat və döyüş yolundan geniş məlumat veriblər.
Daha sonra şəhidin muzeyi və məzarı ziyarət olunub.
Şəhid leytenant Arif Ələsgər oğlu Nuruiev Ağdam rayonunun İlxıçılar kəndində şəhid olub.
Xalqımız şəhidimizi daim son nəfəsində “BAHADlR, ANCAQ İRƏLİ” sözü ilə xatırlayır və ehtiramla yad edir.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti