Şəhid İlqar Qabil oğlu Məmmədovun anım günü keçirilib

Şəhid İlqar Qabil oğlu Məmmədovun anım günü təhsil aldığı Binəqədi rayonu Biləcəri qəsəbəsi 298 saylı tam orta məktəbdə baş tutub.

Tədbirdə, şəhidin anası Şərifə Sadıqova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə, Binəqədi Şəhid Ailələri ictimai birliyinin sədri Yetər Abıyeva və məktəbin müəllim kollektivi iştirak edib.

Məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək şəhid İlqar Məmmədov haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə çıxış edərək öz ürək sözlərini deyib.

Tədbirin sonunda məktəbin şagirdləri şəhidimizin xatirəsini yad etmək məqsədi ilə şeirlər səsləndirib və şəhidin büstünün önünə güllər qoyublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.