Vetennamine.az saytının Gəncə regionu üzrə bölgə müxbiri Vasif Quliyevin verdiyi məlumata əsasən ,08.12.2022 ci il Samux rayon Poylu kəndində .Şəhid Həsənov Pərviz Fərmail oğlunun doğum günü münasibəti ilə tədbir keçirildi . Tədbirdə Rayon İcra Hakimiyyətinin məhsul işçiləri, ərazi üzrə nümayəndə, kənd bələdiyyə sədri, kənd ziyalilari, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Samux rayon filialının sədri, bir qrup Şəhid Ailələri və səhidin Ailə üzvləri iştirak etmişlər. Tədbir Şəhidin qəbirüstü abidəsindən başladı, doguldugu Ata ocağında ehsan süfrəsi ilə davam etdi. Şəhidlərimizin ruhuna dualar edildi və Allahdan rəhmət diləndi.
Allah Şəhidlərə rəhmət eləsin !