Vetennamine.az saytının Bərdə rayonu üzrə bölgə müxbirinin verdiyi məlumata görə,Şəhid Elməddin Hüseynzadənin doğum günü ilə əlaqədar məzarı ziyarət olunub, orada şəhid anaları və qazilər iştirak edib, daha sonra isə yaşadığı evdə adına ehsan verilmişdir.
Bərdə rayonunun Divanlı kəndinin şəhidi Hüseyinzadə Elməddin Fərman oğlu 2004-2015-ci illərdə Bərdə şəhər 1 saylı Tam Orta məktəbdə təhsil almışdı. Subay idi. (15.12.2020)- “Vətən uğrunda” medalı ( ölümündən sonra) ( 29.12.2020)- “Suqovuşanın azad olunmasına görə” medalı ( ölümündən sonra) ( 24.06.2021)-“Cəsur döyüşçü” medalı (ölümündən sonra) təltif olunmuşdur. Şəhid Elməddin evin tək oğlu idi. Şəhidimin anası Arzu ana onu tək başına böyütmüşdür. Bu cür vətənpərvər, qəhraman oğul böyütdüyün üçün səninlə qürur duyuruq.
Allah Şəhidlərimizə Rəhmət Etsin!