Şəhid Daşdəmirov Elfaq Eltun oğlu Qazax rayon Fərəhli kəndində anadan olub. Qəhrəman oğlu 44 günlük Vətən müharibəsi döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhid olmuşdur.
VETENNAMİNE.AZ xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azəbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının və Azərbaycan Mübarizlər İctimai Birliyinin Qazax rayon filiallarının üzvləri və şəhidin ailə üzvləri şəhidin doğum günü münasibəti ilə məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti