AzQMƏVŞAİB-in Qazax rayon bölgə müxbirinin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının üzvləri, Azəbaycan Respublikası Müharibə Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı üzvləri, Azərbaycan Mübarizlər İctimai Birliyinin Qazax rayon filialının üzvləri, şəhid ailələrinin ataları tərəfindən müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində iştirak ediblər. İftar zamanı Allaha şükürlər edilib, şəhidlərimizin ruhuna dualar oxunub, xatirələri dərin ehtiramla yad olunub.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!