Vetennamine.az saytınnı Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyeyiv verdiyi məlumata əsasən ,
10 mart 2023-cü il tarixində Biləsuvar rayonundan olan şəhidlərimiz Almasov Əli Baxiş oğlunun və Yoldaşov Alim Mirzə oğlunun doğum günləri qeyd olundu.Bununla bağlı RİH-nin Vətən müharibəsi iştirakçiları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə,YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Deputatın köməkçisi Əfsun Əlizadə, SHXÇDX Biləsuvar rayon şöbəsinin əməkdaşi Faxrəddin müəllim, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai birliyinin Biləsuvar rayon filialının sədri, 2-ci qrup Qarabağ qazisi Bəhruz Əliyev,şəhid valideynləri, qazilər və Ağsaqqallar şurasinin üzvləri şəhidlərin evlərinə baş çəkdilər, məzarin ziyarat etdilər.
Şəhid Almasov Əli Baxış oğlunun doğum günü ilə bağlı təhsil aldığı və adını daşıdığı Səmədabad kənd tam orta məktəbində tədbir keçirildi.
Tədbirdə çıxış edənlər şəhidin həyat yolundan,döyüşdə qəhrəmanlığından söhbət açdılar.Məktəblilərin hazırladığı şeir və kompozisiyalarla tədbir sona çatdı.
Şəhidin yaxınları diqqət və qayğıya görə prezident ilham Əliyevə 1-ci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər! Şəhid Yoldaşov Alim Mirzə oğlu Vətən müharibəsində gösdərdiyi şücaətə görə Müzəffər Ali Baş Komandan tərəfindən”VƏTƏN UĞRUNDA”, ‘CƏSUR DÖYÜŞÇÜ” VƏ “FiZULiNiN AZAD OLUNMASINA GÖRƏ” medalları ilə təltif olunmuşdur.
ALLAH SƏHIDLƏRiMiZƏ RƏHMƏT ELƏSiN!
Vətən Naminə Mətbuat Xidməti