HomeBütün Xəbərlər“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi

“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi

“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda aidiyyəti olan Dövlət qrumlarının, Millət Vəkillərinin, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun mətbuat xidmətinin vetennamine.az saytına verdiyi məlumata görə, yığıncağı giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə yığıncağı iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.

Sonra Sərraf Oruc 2017-ci il aprelin 18-dən oktyabrın 18-ə kimi həyata keçirilən layihənin nəticəsi kimi, zəruriyyətdən yaranan «Şəhid Ailələrinin və Müharibə Əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin yaradılması haqqında ətraflı məlumat verərək, bildirdi ki, əsas məqsəd şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərini almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin aidiyyəti olan Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir. Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir.

Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalanmışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanır. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyatı olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtlı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranır, vaxtsız dünyasını dəyişirlər.

Sərraf Oruc həyata keçirilmiş layihənin 6 ay müddətində ayrı-ayrı bölgələrində aidiyyatı olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid ailələrinin, müharibə əlillərinin və veteranların birgə iştirakı ilə tədbirlər keçirərək onların tibbi-sosial problemlərinin həllinə köməklik göstərilməsi və maarifləndirmə işləri aparıldığı barəsində Dəyirmi Masa iştirakçılarına ətraflı məlumat verdi.

Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komissiyasının sədri, millət vəkili Hadi Rəcəbli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Şura Musayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin sektor müdiri Müqabil Mahmudov, 20 Yanvar Birliyinin sədri Soltan Əzimov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı Arif Məhərrəmov, Veteran qadınların Sosial Reabilitasiyası birliyinin sədri Radə Abbas, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri, Respublika Ağsaqqallar Şurasinin üzvü Akif Kərimov, Ehtiyatda olan Zabitlər Konfederasiyası ictimai birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Həsən Əmirov, Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək Birliyinin sədri Vahid Abbasov, QÜRUR Şəhid Ailələri Birliyinin sədri Naibə Behbudova, Şəmsi Əsədullayev adına Xeyriyyə Birliyinin icracı drektoru və QHT-TV- nin rəhbəri Cəsarət Hüseyinzadə, Sosial Rifah və Tədqiqatlar Birliyinin sədri Əkrəm Babayev çıxış edərək, şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğılarından, onların tibbi-sosial problemlərinin həlli istiqamətində aparılan işlərdən danışdılar.

Çıxış edənlər, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, həyata keçirilən layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun icrasına ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəyinə bildirdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sector müdüri çıxış edərək müharibə əlillərini maraqlandıran və ən ağır problemlərdən biri olan, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında suallara cavab verdilər.
Layihənin direktoru Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsininin bölgələrdə işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək təşkilati işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri cənab Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Şaiq Məmmədov Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdiri Adəm Hüseynova, Yardımlı rayon İcra Hakimiyyətinin başçisi cənab Ayaz Əsgərova, onun müavini Əfsanə Məmmədova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyevə və layihənin hüquqşunası İlham Əhmədova öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda, QHT-lərın, KİV nümayəndələrinin Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri haqqında sualları cavablandırıldı. Dəyirmi Masa yığıncağı adından, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial sığortalarında yaranmış problemlərin həl olunması üçün, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraçiyyət edilməsi qərara alındı.