Şəhid ailələrinə ziyarət

Bunu Sabunçu rayon Yeni Azərbaycan Partiyasının mətbuat xidməti tərəfindən vetennamine.az saytına bildiriblər.
YAP Sabunçu rayon təşkilatı tərəfindən Şəhid ailələrinin ziyarəti davam etdirilir.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə və Maştağa qəsəbə icra nümayəndəsi Fərid Məmmədəliyev şəhid Əliyev Tahir Mahir oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət etmişlər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Əliyev Tahir Mahir oğlu 20 iyul 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə 293 saylı tam orta məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmət etdiyi hərbi hissədən döyüşlərdə iştirak üçün könüllü yazılan Tahir Əliyev Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək 30 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir.
Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.