Şəhid ailələri və qazilər işlə təmin olunur

“Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” layihəsi həyata keçirilib.

Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırması məqsədilə 14 mart 2022-ci il tarixindən başlayaraq “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyi  tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” adlı layihənin icrasına start verilib.

Layihə, Dövlət Məşğulluq Agentliyinin 17 saylı Ərazi Məşğulluq filialının əhatə etdiyi Beyləqan, Füzuli və Ağcabədi rayonlarında həyata keçirilmişdir.

14 mart 2022-ci il tarixindən 18 mart 2022-ci il tarixinə qədər layihədə nəzərdə tutulan  rayonlarda  məşğulluq  mərkəzlərinə müraciət edən şəxslərə  gələcək bizneslərinin inkişafına köməklik göstərmək üçün özünəməşğulluq proqramı daxilində təklif olunan sahənin seçimi üzrə təlimlər keçirilib.

Təlimlərdə, iştirakçılar müəyyən bilik və bacarığlara yiyələnərək, özünəməşğulluq proqramına qoşulmaq səriştələrini artırmış  qarşılaşdıqları problemlər qismən öz həllini tapmışdır. Həllini tapmayan problemlər barəsində isə aidiyyatı qurumlara müraciətlər hazırlanmışdır.

Tədbirdə, Laçın rayon İcra Başçısının I müavini Tofiq Mirzəyev,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov, Ağcabədi rayon İcra Nümayəndəliyinin müavini İsmayıl Məhərrəmov, 17 saylı Ərazi Məşğulluq filialının əməkdaşları iştirak etmişlər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.