Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, dövlət başçısının
göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı
2018-2023-cü illərdə 5 dəfə genişlənib.
Qeyd olunan dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev
şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə
ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti