Şəhid ailələri və müharibə əlillərinə yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək


Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzilvə fərdi evin şəhid ailələri və müharibə əlillərinəverilməsi planlaşdırılır.
Bunu Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.
Bu barədə əmək və əhalinin sosial müdafiəsinaziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bu il üçün 1500-dən çoxmənzil və fərdi evin şəhid ailələri və müharibəəlillərinə verilməsi nəzərdə tutulur. Cari ilin ilk 6 ayında artıq 600 mənzil təqdim olunub.
S.Babayev 44 günlük Vətən müharibəsindənsonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibəəlillərinə verildiyini deyib.
“Ümumilikdə postmüharibə dövründə 100 mindənartıq şəhid ailəsi üzvü və müharibə iştirakçısına193 min sosial dəstək xidməti göstərilib“, deyənazir bildirib.