“Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” layihəsi həyata keçiriləcək

Print

Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırması məqsədilə 11 aprel 2022-ci il tarixindən başlayaraq “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyi  tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” adlı layihənin II hissəsinin icrasına başlanılacaq.

Layihə Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq filialının əhatə etdiyi Tərtər, Bərdə, Ağdam rayonlarında və Naftalan şəhərində həyata keçiriləcək.

11, 13 aprel 2022-ci il 11:00-13:00 radələrində Tərtər rayonu Heydər Əliyev prospekti Gənclər Mərkəzində, 12 aprel 2022-ci il 11:00-13:00 və 15:00-17:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospekti 82, Bərdə şəhər bələdiyyəsinin akt zalında, 14 aprel 2022-ci il 11:00-13:00 radələrində Naftalan şəhəri İ.Həsənzadə küçəsi, Maliyyə şöbəsinin akt zalında, 15 aprel 2022-ci il 11:00-13:00 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində məşğulluq  mərkəzlərinə müraciət edən və işlə təmin olunmaq arzusunda olan şəxslərə  gələcək bizneslərinin inkişafına köməklik göstərmək üçün özünəməşğulluq proqramı daxilində təklif olunan sahənin seçimi üzrə təlimlər keçiriləcək.

Təlimlərdə iştirakçılar müəyyən bilik və bacarığlara yiyələnəcək, özünəməşğulluq proqramına qoşulmaq səriştələrini artıracaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.