AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, 6 aprel 2023-cü ildə Biləsuvar rayonunda şəhidimiz Əlizadə Nəriman Nurəhməd oğlunun doğum günü qeyd olundu.
Tədbirdə RİH-nin əməkdaşı Röyal Quluzadə, deputatın köməkçisi Əfsun Əlizadə, YAP-ın Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri, 2-ci qrup Qarabağ qazisi Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin nümayəndəsi Fəxrəddin Əliyev və şəhid valideynləri iştirak etdilər. Şəhidin məzarını ziyarətə gələn tədbir iştirakçıları məzarın üzərinə gül dəstələri düzərək, şəhidin ruhuna dualar oxudular.
Şəhid Əlizadə Nəriman Nurəhməd oğlu 1998-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Nəriman vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Subay idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlərdə göstərdiyi şücaət və mərdliyinə görə “Vətən Uğrunda”, “Xocavəndin Azad Olunmasına Görə”, “Füzulinin Azad Olunmasına Görə”, “Cəsur Döyüşçü” medalları ilə təltif olunmuşdur.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!