Vetennamine.az saytının Biləsuvar rayonu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən ,
11 mart 2023-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndindən Vətən müharibəsinin şəhidi Əlizadə Elməddin Sübhi oğlunun anadan olmasının 26-ci ildönmü qeyd olundu.
Bununla bağlı RİH-nin məsul işçisi Röyal Quluzadə,YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Deputatın köməkçisi Faiq Ağayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri ictimai birliyinin Biləsuvar rayon filialının sədri, 2-ci qrup Qarabağ qazisi Bəhruz Əliyev, şəhid valideynləri, Ağsaqqallar Şurasının üzvləri, SHXÇDX Biləsuvar rayon şöbəsinin əməkdaşı Vasif Rzayev şəhidin ata ocağına baş çəkdilər,məzarını ziyarət edərək ruhuna dualar oxudular.
Şəhid Əlizadə Elməddin Sübhi oğlu Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlığa görə ölümündən sonra “VƏTƏNə XiDMƏTƏ GÖRƏ” ORDENi İLƏ,”VƏTƏN UGRUNDA” ,”XOCAVƏNDİN AZADOLUNMASINA GÖRƏ”,”FiZULiNiN AZADOLUNMASINA GÖRƏ” medalları ilə təltif olunmuşdur.
ALLAH SƏHİDLƏRiMiZƏ RƏHMƏT ELƏSiN!
Vətən Naminə Mətbuat Xidməti