VETENNAMİNE.AZ xəbər verir ki, bu gün Bərdə rayonunun Mollaəhmədli kəndində şəhid Əliyev Orxan Məhəmməd oğlunun doğum günüdür.
Bu münasibətlə, Bərdə Cümə məscidinin Axundu Ramazan Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, kənd məktəbinin müəllim və şagirdləri şəhidin məzarını ziyarət edib. Şəhidin keçdiyi döyüş yolundan bəhs edən çıxışlar edilib.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova