AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Biləsuvar rayonunda şəhidimiz Əbilzadə Sübhan Arif oğlunun doğum günü qeyd olunub.
Bu münasibətlə Biləsuvar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə,deputatın köməkçisi Əfsun Əlizadə, AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəis müavini mayor Vasif Rzayev və şəhid valideynləri şəhidin doğulub boya başa çatdığı evə baş çəkərək valideynləri ilə görüşüblər.
Söhbət zamanı şəhidimizin döyüş yolundan, döyüşlərdə şücaət və mərdliyindən danışılıb.
Şəhid Əbilzadə Sübhan Arif oğlu 23 aprel 1998-çi ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur.
Vətən müharibəsində Hadrut, Füzuli, Qubadlı rayonları uğrunda düşmənə qarşı savaşmış və Qubadlı döyüşlərində qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan tərəfindən ölümündən sonra 3- cü dərəcəli “Vətənə Xidmətə Görə”, ordeni ilə, “Vətən Uğrunda”, “Füzulinin Azad Olunmasına Görə”, “Xocəvəndin Azad Olunmasına Görə”, “Döyüşdə Fərqlənməyə Görə” medalları ilə təltif olunmuşdur.
ALLAH Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!

Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti













