Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya Ukraynanın liman şəhəri Odessaya ikinci gecə hava hücumlarına, eləcə də paytaxt Kiyevə reydlərə başlayıb, eyni zamanda Rusiyanın ilhaq etdiyi Krım yarımadasında da hücumlar barədə xəbərlər var.
VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, Odessa vilayətinin qubernatoru Oleh Kiper çərşənbə günü səhər sosial mediada hava hücumundan müdafiə sistemlərinin Rusiyanın “kütləvi” hava hücumunu dəf etməklə məşğul olduğunu bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti