Rusiya-Ukrayna gərginliyinin həll olunması hamımızın ortaq arzusudur – Hulusi Akar

Rusiya-Ukrayna gərginliyində dialoqu davam etdirmək və diplomatiya yolu ilə nəticə əldə etmək hamımızın ortaq arzusudur. Biz təzyiqi aşağı salmaq üçün üzərimizə düşəni edirik.

Vetennamine.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra yerli jurnalistlərə açıqlamasında deyib.

H.Akar qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna böhranına münasibəti ilk gündən bəri açıq və konkretdir.

“Mövqeyimiz ən yuxarı səviyyələrdə-Prezident və nazirlər səviyyəsində həmişə dilə gətirilib. Regiondakı gərginliyin soyuqqanlı həllinin tərəfdarıyıq. Bu mənada Qara dəniz sahili ölkələrinin hüzur və rifah içində yaşamasını istəyirik”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.