Rusiya silahlıları Kiyevin qərb çıxışını bağlayıb

Rusiya desantları Kiyev yaxınlığındakı Qostomel aerodromunu ələ keçirib və Rusiya Hərbi-Desant Qoşunlarının əsas hissələri ilə birləşərək Ukrayna paytaxtının qərb çıxışını bağlayıb.

Vetennamine.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Fevralın 24-də Qostomel aerodromunun ələ keçriilməsi üçün uğurlu əməliyyat keçirilib və Ukrayna xüsusi bölmələrinin tərkbində 200-dən çox millətçi məhv edilib, Rusiya tərəfdən itkilər yoxdur”, – deyə o bildirib.

O əlavə edib ki, Rusiya hərbçiləri Kiyevin yaşayış məhəllələrinə zərbələr endirməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.