Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün məhdudiyyətləri ləğv edib – Səfir


Rusiya Azərbaycandan pomidor tədarükü ilə bağlı bütün mövcud məhdudiyyətləri ləğv edib.
Vetennamine.az Trend-in məlumatına istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
“Azərbaycanın bu məhsulu Rusiyaya maneəsiz daxil olur”, – səfir deyib.
O qeyd edib ki, Rusiya İxrac Mərkəzi Azərbaycan məhsullarının idxalının dəstəklənməsi üçün zəruri alətlərə malikdir.
Səfirin sözlərinə görə, 2021-ci ildə Azərbaycan Rusiyaya bir milyard dollar məbləğində məhsul ixrac edib.
“2022-ci ilin ilk iki ayı ərzində Azərbaycanın Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 123 milyon dollar təşkil edib”, – M.Boçarnikov bildirib.