Ruhumuza yaxın olaq

Dərin düşünmək üçün ,ruhumuza yaxın olmaq üçün vacib deyil ki,afrikalıların ritual rəqslərini edək və ya mantra oxuyaq.Hətta bu ezoterik bir sahədir də deyə düşünürəm.Bəli sözü keçən mövzu meditasiyadır. Çoxu bunu günümüzda yoqa vasitəsilə edir.Müsəlmanlarda da sufizm mövcuddur.Bu vasitələri din kimi müqayisə edirəm.Necə ki materialist həyatda doğru yaşam üçün dinlərdən istifadə edilir .Meditasiya zamanı ruhla yaxınlaşmanın yolu çakralardan( sanskrit mənşəli(yəni hind-iran qolu dili)-dönüş mənasında) keçir.7 çakra mövcuddur.Şəkildə yerləri qeyd olunub.
Belə bir inanc mövcuddur ki,bu prosseslə məşqul olan insan öldükdə ruhu gəldiyi yerə rahatca qayıdır.Əks halda dərinliyə qovuşa bilməyən insanın ruhu burada itib batır.Ruhla bağlı fəlsəfi fikirlər də mövcuddur.Misal spiritualism.Bəziləri inanır ki,ruh standartdır bəziləri isə əksini yəni deyişkən olduğunu.Bəziləri deyir ruh bədəndən ayrıdır bəziləri isə üzvi əlaqəli olduğunu.Mən deyərdim ki,siz öz ruhunuzun dediyinə inanın.Həyatımızla barışıq yaşamağımız, mənəvi azadlığa qovuşmağımız üçün hansısa fəlsəfi fikri qəbul etməyimiz şərt deyil.Ətrafınız geniş ola bilər ,sosial insan ola bilərsiniz hətta məşhur belə,amma çalışın gündə ən azı 1 saat sadəcə özünüzlə vaxt keçirin.Ya da ruhunuz sizə nəyi deyirsə.Bu gündəlik 1 saat idman etmək,kitab oxumaq,musiqi dinləmək və s sizin ruhunuzu oxşayacaq,sizi dincəldəcək istənilən məşğuliyyət ola bilər.Hər şeyi unudub yenidən bərpa etmək şansınız var.Lakin özünüzü unutmayın.Çünki nəticəsi ən ağır cəzadır,zaman!

 

Həlimə Əliyeva

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.