Romada keçirilən Nazirlər Konfransında Azərbaycanda aparılan sosial islahatlar, ahılların sosial müdafiəsi işləri diqqətə çatdırılıb

Əmək əhalinin sosial müdafiəsi nazirinin müaviniAnar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-ninAvropa İqtisadi KomissiyasınınBütün yaşlar üçündayanıqlı dünya: ömürboyu həmrəylik bərabər imkanlarüçün qüvvələrin birləşdirilməsimövzusunda Roma şəhərində (İtaliya) keçirilən Nazirlər Konfransında iştirakedir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Konfransda çıxış edən A.Əliyev ahılların hüquqlarının, sosial müdafiəsinin Azərbaycan hökumətinin prioritetfəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizin iqtisadi-sosial nailiyyətlərini diqqətə çatdırıb. O, Azərbaycandaəhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişsiyasətin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinəuyğun olduğunu bildirib. COVID-19 pandemiyası dövründəölkəmizdə hökumətin kompleks sosial dəstək tədbirlərinin5 milyona yaxın insanı əhatə etdiyini vurğulayıb.

A.Əliyev bildirib ki, 2018-ci ildən Azərbaycanda 4 milyon insanı əhatə edən 3 sosial islahat paketi həyatakeçirilib, bunun üçün əlavə olaraq illik 6 milyard manat (təxminən 3,5 milyard ABŞ dolları) vəsait ayrılıb. Son 4 ildə ölkədə sosial ödənişlər 2,7 dəfə, minimum pensiya 2,2 dəfə, minimum əmək haqqı 2,3 dəfə, orta əməkhaqqı 41 faiz, orta pensiya 75 faiz artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.