Robert Mobili-Udinlər erməniləşmə prosesini dayandırmaq üçün ibadətlərini evdə edirdilər…

Dekabrın 10-da “Vetennamine.az” saytının müxbiri Həlimə Əliyevanın müsahibi Alban-udi xristian icması sədri və geoloq Robert Mobili olmuşdur.

O əvvəlcə özü haqqında məlumat vermişdir. Belə ki, Robert Mobili 20 avqust 1954-cü ildə Qəbələ rayonun Nic kəndində anadan olub. 1971-ci ildə Nic kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin 1980-ci il məzunudur. Milliyyətcə Udindir. 1973-1989-ci illərdə METDKİ (Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyat İnstitutu) Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmənistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi üzrə elmi işi aparmışdır. 1989-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin “Səpinti qızılın proqnozu, axtarışı və qiymətləndirilməsi” ETL-da elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyanın molaslarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunauyğunlar üzrə elmi araşdırmalarını aparıb.

Daha sonra Azərbaycan ərazisində Alban kilsələrinin yaranması tarixi ilə bağlı məlumatlar haqqında danışıb.

O bildirib ki, Alban-udin kilsələri şərq ortodoks və ən qədim kilsələrdən biridir. Bu irsin Azərbaycan ərazisində çox zəngin mədəniyyət nümunələri , dini ocaqları, tarixi abidələri var. Daha sonra qədim dövrlərdə xristianlığın ölkəmizdə geniş şəkildə yayılması haqqında danışıb.

Növbəti sual Sovet Sosialist rejimin Alban kilsələrinin dağılmasına olan təsiri haqqında olmuşdur. Bu sualı cavablamazdan əvvəl Robert bəy Çar Rusiyası haqqında ətraflı danışmış daha sonra isə o, İran ərazisindən ermənilərin Qarabağa kütləvi köçürülməsi haqqında məlumat vermişdir. Daha sonra isə onların bu ərazilərdə apardığı erməniləşdirmə prossesindən danışmışdır. Sonra udinlərin erməniləşmə prossesini dayandırmaq məqsədilə öz kilsələrindən necə imtina edib, ibadətlərini evdə davam etdiklərini demişdir.

Digər sual ermənilərin Alban-Udin kilsələrinin özününkiləşdirilməsi prossesi haqqında idi. Robert bəy bu sualı da ətraflı cavablandırmışdır. Hətta Robert Mobili, Cənab Prezident İlham Əliyevin bu kilsələrlə bağlı dediyi ifadəni “Əgər bu kilsələr ermənilərə aiddirsə, özlərinə aid olan bu kilsələri niyə bu vəziyyətə salıblar ?” vurğulamışdır.

Ən sonda Azərbaycanda Alban-udin kilsələrinin bərpası istiqamətində hansı tədbirlərin görüldüyü məsələsi haqqında danışmışdır. Həmçinin bəzi daxili-xarici qüvvələrin kilsələri erməni tabeçiliyinə verilməyini istədiyini bildirmişdir.

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.