Gəlin bu dəfə də birlikdə yazarlar arasında fərqli və dəyərli fikirləri ilə seçilən Rene Girard haqqında qısa da olsa məlumat toplayaq. Bəlkə bu minvalla bir çoxları onun kitabını oxumağa da maraq yaradar özündə. Məsələn elə mənim kimi.
25 dekabr 1923-cü ildə Fransanın Avinyon şəhərində anadan olan Rene Girard fransız ədəbiyyatşünası, antropoloqu və filosofudur. Onun əsərləri antropoloji fəlsəfədə qiymətləndirilir.
Rene Girard 30 əsəri ilə ədəbiyyatşünaslıq, tənqidi nəzəriyyə, iqtisadiyyat, sosiologiya, fəlsəfə və mədəniyyətşünaslıq kimi bir çox akademik sahədə nüfuz sahibi olmuşdur.
Onun müxtəlif sahələrdə əsərlərinin qəbulu fərqli olsa da, Rene Girard haqqında hər gün yeni araşdırmalar aparılır.
Dostoyevski , Günah Keçisi, Romantik yalan və Romansal həqiqət kimi bir neçə kitabını da sizlər üçün nümunə olaraq qeyd edirəm.
Xoş mütaliələr !
Həlimə Əliyeva
Veten Naminə Mətbuat Xidməti













