Regionların sosial-iqtisadi inkişafı

Azərbaycan Respublikası öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra onun ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm köklü dəyişikliklər baş vermişdir. Ulu Öndərimizin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra onun həyata keçirdiyi məqsədyönlü siyasət, müstəqilliyin ilk illərində ölkədə baş-alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırılmasına, Azərbaycanın dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü islahata malik müstəqil dövlətin qurulmasından ibarətdir. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadi mexanizmləri əsasında sahibkarklıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmə və qabaqcıl texnologiyaları cəlb etmək təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu istiqamətdə mühüm mühüm addımlar atılmışdır. Son zamanlar qeyri-neft sektorunda iqtisadiyyatımızın inkişafı göz qabağındadır. Əsasəndə bu istiqamətdə aqrar sahəni qeyd etmək olar.
Son zamanlar fərdi sahibkarlığın inkişafına da önəm verilib. Bu istiqamətdə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi vətəndaşları özünəməşğulluq proqramına cəlb etməklə sahibkarlıq fəaliyyətinə başlamaları üçün təməlini qoyurlar. Dövlət Məşğulluq Agentiliyinin bütün mərkəzlərində əsasən əhalinin həssas qrupu, gender bərabərliyi qorunmaqla özünəməşğulluq proqramına cəlb edirlər. Bu sahədə artıq uğura imza atan sahibkarlarımız mövcuddur.
2022-ci ildə özünəməşğulluq proqramlarında müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub. Belə ki, sosial sahibkarlıq istiqaməti üzrə artıq sosial müəssisələrin yaradılması nəzərdə tutulur. Sözsüz ki, bu işlərin həyata keçirilməsi qanunvericiliklə tənzimlənməlidir. Bundan ötrü də, qanun layihələri hazırlanıb təsdiq üçün Milli Məclisə təqdim edilməlidir. İnanırıq ki, bu işlər növbəti ildə öz həllini tapacaq və sosial sahibkarlığın inkişafı regionların iqtisadi cəhətdən inkişafına böyük təkan verəcək.

 

Aris Məmmədov, baş redaktor, Sosial Sahibkarlığın Inkişafı və Təlim Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.