“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai birliyindən vetennamine.az saytına verilən məlumata əsasən, “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Lənkəran, Lerik, Astara və Yardımlı
rayonlarını əhatə edən “Regionda yaşayan gənclərin karyera imkanlarının artırılması üzrə təşəbbüslər”
adlı layihənin icrası ilə bağlı məlumatı nəzərinizə çatdırmaq istəyirik. Layihə çərçivəsində müsabiqə
əsasında seçilmiş cəmi 54 tələbə (hər birində 18 nəfər olmaqla 3 qrupda) Lənkəran şəhərində 1 gün
müddətinə “Təhsil və Karyera” mövzusunda təlimdə iştirak etmişlər. İştirakçılar təlimin növbəti ikinci
günündə Astara rayonu, Lerik rayonu və Yardımlı rayonlarının orta məktəb şagirdləri (hər rayonda 7-8
məktəb) ilə görüşərək onlara eyni mövzu ilə bağlı öz həyat təcrübələrindən məlumat vermiş və qarşılıqlı
təcrübə mübadiləsi aparmışlar.
Layihənin məqsədi region gənclərinin təhsil və karyera imkanları haqqında praktik məlumatlılıq
səviyyəsini artırmaqla onları təhsilə və elmi fəaliyyətlərə həvəsləndirmək və təşviq etmək, dolayısıyla
onların cəmiyyətin formalaşmasında daha fəal insanlar kimi inkişaf etməsinə dəstək olmaqdır.
Ümumilikdə 54 gənc layihə çərçivəsində liderlik və natiqlik bacarıqlarını artırmış, eləcə də həyatlarında
ilk dəfə olaraq könüllü ictimai fəaliyyətlərdə məsul şəxs kimi iştirak etmişlər. Layihənin 2-ci əsas
benefisiarı isə 3 rayonda 24 məktəbdə cəmi 400 şagird həmin tələbələrin dilindən uğur hekayəsi
dinləmiş, tələbənin şəxsi təcrübəsində təhsilin və karyeranın önəmi ilə tanış olmaq imkanı qazanmışlar.
Layihədə iştirak edən gənclər təlimlərdən və məktəbli şagirdlərlə görüşlərdən məmnun qalmış və
növbəti bənzər təşəbbüslərdə könüllü iştirakda maraqlı olduqlarını bildirmişlər.
Həlimə Əliyeva
Vetennamine.az Mətbuat Xidməti