Reabilitasiya Mərkəzlərində beynəlxalq qiymətləndirmə şkalasının tətbiqinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində 10beynəlxalq qiymətləndirmə şkalasının (Ashworth, Morze, Beck Depression Inventory, Covy Anxiety və s.) tətbiqinə başlanıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Şkalalar əsasında qiymətləndirmə klinik praktikada şəxsin əlillik vəziyyətini daha yaxşı müəyyən etməyə, əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun tibbi və sosial-psixoloji reabilitasiya proqramı tərtib olunmasına imkan verir.

Bu da fəaliyyətin multidissiplinar komanda şəklində qurulması ilə göstərilən xidmətdən maksimal effektiv nəticə alınmasını, reabilitasiya sisteminin biopsixososial modelin tələblərinə uyğun qurulmasını təmin edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.