Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən “Ekspert saatı” canlı yayımında VETENNAMİNE.AZ saytı olaraq biz də öz sualımızı verdik və mütəxəssislər tərəfindən cavablandırıldı.
Sual: Nazirliyin rəsmi sosial şəbəkə hesablarında Müşfiqabaddan, Xocasəndən əvvəlki illərdə əkilmiş ağacların yaxşı şəkilləri verilib. Bəs bu əkilmiş ağaclar meşə örtüyünün artmasına gətirib çıxarıbmı? Yoxsa hələ də 11.8 faiz meşə ilə örtülü sahəmiz var?
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov bildirib ki, ASC tərəfindən əkilmiş ağaclar qeyri-meşə fondu sahəsində aparılır. Ölkə ərazisində yaşıllıqların artmasına gətirib çıxarır, lakin qeyd edildiyi kimi meşə fonduna təsir etmir. Yaşıllıqların artırılması ümumilikdə erroziyanın azalmasına, ətraf mühitin yaşıllaşmasına təsir göstərir. Ona görə də, yol qırağlarında, meşə fondu və ya qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması vacibdir. Hər kəs yaşıllıqların artırılmasına töhfə versə ətraf mühitin sağlamlaşdırılmasına müsbət təsir göstərər. Fürsətdən istifadə edib bütün vətəndaşları ağac əkməyə dəvət edirəm.