Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.