Rəşadətli Azərbaycan Ordusunun inkişaf yolu

1992-ci ildə Sovet hakimiyyəti dağıldıqdan sonra tərkibində olan respublikalar öz müstəqilliyini əldə etdilər. Müstəqillik əldə etmiş dövlətlər, o cümlədən də Azərbaycan xarici qüvvələrin təsirinə məruz qaldılar. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistan dövləti ona dəstək olan havadarları ilə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, o cümlədən də Dağlıq Qarabağ və ətrafında yerləşən rayonlara hücuma keçdilər. Yeni yaranmış Azərbaycan ordusu çətinliklədə olsa düşmənə müqavimət göstərdi və 80% Azərbaycan torpaqlarını qoruyub saxlaya bildi. Bunu görən düşmən öz niyyətini dəyişərək daxili çaxnaşma salmaq istədilər. Azərbaycanın müstəqilliyi sual altında idi. Bunu görən Azərbaycan xalqı 1993-cü ildə Azərbaycan xalqının dahi lideri Ulu Öndərimizi hakimiyyətə gətirmək məqsədi ilə ona müraciət etdilər. Ulu Öndərimiz hakimiyyətə gəldiyi ilk günlərdən ordumuzun inkişafına xüsusi diqqət yetirdi. Məhz 1993-cü ildən Silahlı Qüvvələrimiz inkişafa addım atdl və Azərbaycanda kadr potensialının hazırlanmasına xüsusi diqqət yetirilərək yeni silahlarla təmin olunması istiqamətində işlər aparıldı. Qısa bir müddət ərzində Azərbaycan Horadiz istiqamətində hücuma keçərək ərazilərini işğaldan azad etməyə başladı. Bunu görən düşmən qüvvələri atəşkəsə imza atmağa məcbur oldular. Məhz  atəşkəs rejimindən sonra Ulu Öndərimiz ordunun güclənməsinə böyük əhəmiyyət verdi. Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyev cənabları 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın bütün sahələrdə inkişafı ilə yanaşı ordununda inkişafına önəmli yer ayırmışdı.  Hər birimizə aydın idi ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində olan silahlanma vasitələri, o cümlədən də, Ermənistan Silahlı Qüvvlərininin silahlanma vasitələri əsasən Sovet dönəmində və sonradan Rusiyada istehsal olunmuş silahlar idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycana digər inkişaf etmiş dövlətlərdən silahlanma vasitələri alınması üçün müqavilələr imzalandı. Bunun nəticəsin biz 2016-cı və 2020-ci illərdə əks hücum əməliyyatları zamanı gördük. Məhz insan faktorunu əsas tutaraq İlham Əliyev cənabları ən müasir silahlarla ordumuzun təchiz edilməsinə göstəriş verdi və bunun nəticəsidir ki, 44 günlük savaşda Azərbaycan Silahlı Qüvvələri öz ərazi bütövlüyünü təmin etdi. Beləliklə də 30 ilə yaxın icrasız qalan BMT-nin 4 qətnaməsi icra olundu. Azərbaycan Silahlı Qüvvələri nəinki Qafqazda ən inkişaf etmiş orduya, o cümlədən də, dünya arenasında ordu sıralarında öz yerini tuta bildi. Artıq inkişaf etmiş dövlətlər Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərkən istifadə etdiyi döyüş taktikasını öyrənməyə başlayıblar.

44 günlük savaşdan sonra atəşkəsə imza atıldı, artıq sülh müqaviləsinin imzalanmasından ötrü mühüm addımlar atılır və Azərbaycan ordusu yeni modelə keçməklə inkişaf etməkdədir. Məhz Azərbaycan ordusunun inkişafını, gücünü görən düşmən sülh müqaviləsində  Azərbaycanın təklif etdiyi bütün tələbləri qəbul etmək məcburiyyətindədir.

YAŞASIN RƏŞADƏTLİ ORDUMUZ! YAŞASIN SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEV!

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.