Qusarın ilk şəhidinin anası vəfat etmişdir


Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Əliyev Qasım Qulu oğlu Qusar rayonunun ilk şəhididir.
11 may 2022-ci ildə şəhidin anası Gülcahan xanım vəfat etmişdir.Mərhumə Qusar rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.Dəfn mərasimində
Azərbaycan Qarabağ müharibəsi əlilləri ,veteranları və şəhid aileleri ictimai birliyinin sədri Mehdi Mehdiyev ictimai birliyin üzvləri ilə , Qusar rayon İcra hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü Turab Allahverdiyev,İş adamı Abubəkr Musayev, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbrəmxəlilov,Azərbaycanın milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov , Azərbaycan Qarabağ müharibəsi əlilləri ,veteranları və şəhid aileleri ictimai birliyinin Qusar rayon filialının sədri Canəli Hörmətov ,şəhidin döyüş yoldaşları və qohumıarı iştirak etmişdir.Allahdan Gülcahan xanıma rəhmət diləyib, məzarı önündə dualar edildi .