Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, layihə çərçivəsində rayonda cari ilin iyul ayında doğulmuş qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub.
Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Layihə daha əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər rayonlarında uğurla həyata keçirilib. Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır.
Vətən Naminə Mətbuat Xidməti