HomeBütün XəbərlərQusar rayon məktəbində vətənpərvərlik tədbiri keçirilmişdir

Qusar rayon məktəbində vətənpərvərlik tədbiri keçirilmişdir

Qusar rayon məktəbində vətənpərvərlik tədbiri keçirilmişdir

2018-ci il oktyabrın 18-i Qusar rayon Əvəcud kənd orta məktəbində Azərbaycanın Müstəqillik günü ilə əlaqədar vətənpərvərlik tədbiri keçirilmişdir. Tədbirdə orta məktəbin müəllim və şagirdləri, Azərbaycan QMƏVŞAİB-in sədri M.Mehdiyev, sədr müavini A.Məmmədov, Azərbaycan QMƏVŞAİB Qusar rayon filialının sədri C.Hörmətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti, leytenant Xaliq Tağıyev  və Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbiri məktəbin direktoru Zərifə Sanuxanova açmışdır. M. Mehdiyev, müəllim və şagirdlər çıxışlar etmişlər.

Tədbirin sonunda Zərifə Sanuxanovaya İB-in təsis etdiyi “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı təqdim olunmuşdur.

Həmin gün qonaqlar Qusar rayon Icra Hakimiyyəti tərəfindən Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun ailəsi üçün inşa edilmiş bina ilə tanış olmuşlar.

Qusar rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranları  daim diqqət mərkəzindədirlər. Şəhidlərin adlarını əbədiləşdirmək naminə rayonun küçələrinə milli qəhrəmanlarımızın adları verilmiş, icra hakimiyyəti tərəfindən xatirə lövhələri vurulmuşdur.