VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə müxbiri xəbər verir ki, Qusar rayonunda polis əməkdaşları sənədsiz silah-sursat aşkarlayıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan VETENNAMİNE.AZ -a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd müxtəlif markalı sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Qusar RPŞ-də müvafiq araşdırmalar aparılır.
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy. I Agree