07 iyun 2025-ci il tarixində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Tağıyev Çingiz və müavinləri İskəndərov Arif, Əsgərova Xalidə, eləcə də Zabrat (Məhəmmədli) qəsəbəsinin nümayəndəsi Səmədov Səməd və Sabunçu ilə Ramana qəsəbələrinin nümayəndəsi Çələbani Musa tərəfindən bir sıra şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına Qurban bayramı münasibətilə qurban payları təqdim olunub.
Bu təşəbbüs həm birlik və həmrəyliyimizin, həm də şəhid və qazilərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.