Əziz Şəhid Ailələri və Qazilər!
Sizi və ailə üzvlərinizi dünya müsəlmanlarının birlik və həmrəklik rəmzi olan müqəddəs Qurban bayramı
münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.Etdiyiniz duaların, kəsdiyiniz
qurbanların Tanrı dərgahında qəbul olmasını arzu edirəm.Məhz Şəhidlərimizin və Qazilərimizin şücaəti
nəticəsində torpaqlarımız işğaldan azad olundu və hal-hazırda sakinlərin həmin əraziyə qayıtması
istiqamətində əməli işlər görülür.Bu nurlu bayram ailələrinizə xoşbəxtlik,süfrələrinizə xeyir bərəkət
gətirsin.
Qurban bayramınız mübarək olsun!
Mehdi Mehdiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri