Qurban bayramı təbriki


Əziz Şəhid Ailələri və Qazilər!
Sizi və ailə üzvlərinizi dünya müsəlmanlarının birlik və həmrəklik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olmasını arzu edirəm.Məhz Şəhidlərimizin və Qazilərimizin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və hal-hazırda sakinlərin həmin əraziyə qayıtması istiqamətində əməli işlər görülür.Bu nurlu bayram ailələrinizə xoşbəxtlik,süfrələrinizə xeyir bərəkət gətirsin.
Qurban bayramınız mübarək olsun!
Mehdi Mehdiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri