Son zamanlar insanların yanlarından ayırmadıqları və tez-tez istifadə etməyə üstünlük verdikləri qulaqcıqlar haqqıında mütəxəssislər tərəfindən xəbərdarlıq edilib. Məlum olub ki, uzun müddət qulaqcıqdan istifadə edənlərdə erkən yaşda eşitmə itkisi baş verir.
Metroda, avtobusda, ofisdə istifadə etməyə üstünlük verdiyimiz qulaqcıqlar mütəxəssislər tərəfindən riskli elan edilib. Ümumdünya Səhiyyə Təşkilatı desibel səsi üçün qulaqcıqlardan maksimum 4 saat istifadə etməli olduğumuzu bildirdi. Lakin bu səsə daha çox məruz qalmaq qalıcı ziyana səbəb ola bilər. 8 saat ərzində 80 desibellik bir səs səviyyəsinə məruz qalsanız, daxili qulaqda zədələnmələr görünməyə başlayacaqdır. Bu vəziyyət günlərlə davam edərsə, zərər daha artacaqdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada, “12-35 yaş arası insanların təxminən 50 faizi və ya 1,1 milyard gənc şəxsi səs cihazları vasitəsilə uzun müddət yüksək səslərə məruz qalanlar eşitmə itkisi riski altındadır” sözləri bildirilmişdir.
Qulaq daxilinə yerləşdirilən qulaqcıqlar daha zərərli hesab olunur. Qulaq içinə yerləşdirilən model qulaqcıqlar qulaq kanalına uyğun gəlmirsə, qulaq dərisini qıcıqlandıra və xarici qulaq infeksiyasına səbəb ola bilər.
Qulaqcıq istifadəsi səbəbindən qulaqda kir yığılır, bu yığılmış kirlər qulaqları tıxaya bilər və bu da qulaq infeksiyalarına səbəb ola bilər. Bununla belə, qulaq tıxacları pambıq çubuq rolunu oynaya və qulaq kirini daha dərinə itələyərək qulaq ağrısı və başgicəllənmə kimi problemlərə səbəb ola bilər.
Uzun müddət qulaqcıq taxan insanlar başlarını təbii olaraq olmaması lazım olan bir təzyiqə məruz qoyurlar. Nəticədə, baş dərisində və daxili qulaqda sıxılma meydana gəlir. Əgər bu vəziyyətə meyllisinizsə, qulaqlıqlardan istifadə də miqren tutmalarınız arta bilər.
Vertigo tarazlığın itirilməsi hissindən yaranan və əslində orada olmayan hərəkət illüziyası ilə nəticələnən başgicəllənmə problemidir. Tez-tez ürəkbulanma və başgicəllənmə ilə müşayiət olunur. Bu, qulaqlarımız səs izolyasiya edən qulaqlıqlarla bağlandıqda baş verə biləcək ümumi bir vəziyyətdir. Fırlanma hissi yarada biləcək əlavə amillərdən biri musiqiyə ən yüksək səslə qulaq asmaqdır. Qulaqlıq kimi kiçik əşyaları yerləşdirərkən daxili qulağımıza etdiyimiz təzyiq vertigonun başqa bir səbəbidir.
Qulaqlıqdan həddən artıq istifadə edildiyi hallarda zəhlətökən küy səsi ilə qarşılaşa bilərsiniz. Tam sükut zamanı və ya istirahət zamanı siz küy, uğultu və fısıltı kimi səsləri eşitməyə başlaya bilərsiniz. Alimlər deyirlər ki, bu hissin müalicəsi yoxdur, lakin qulaqcıqdan istifadə müddətini və qulaqcıqdan istifadə zamanı səsi azaltmaqla bunun qarşısını asanlıqla almaq olar.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti