Qubada “Birliyimizin rəmzi – Zəfər tarixi” adlı tədbirlər keçirilib


Bunu “Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər
Layihənin məqsədi regionda yeniyetmələrin Şanlı Qələbəmiz, Zəfər tariximiz haqda dolğun şəkildə məlumatlanması, onların Vətən müharibəsi qəhrəmanlarını, şəhid və qazilərimizi tanımasıdır.
Layihə çərçivəsində Quba rayonunda keçirilən tədbirlərdə layihə rəhbəri Vasif Musayev, Agentliyin əməkdaşı Xatirə Bəşirova, layihənin eksperti Xədicə Kərimova layihənin əhəmiyyətindən danışıblar. Yeniyetmələrə Ali Baş Komandanın həm ön cəbhədə, həm də informasiya cəbhəsində peşəkarlığı, Azərbaycanın ordusunun gücü, əsgərlərimizin, şəhid və qazilərimizin qəhrəmanlıqlarıhaqda ətraflı məlumatlar verilib. Yeniyetmələrə üzərilərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlmələri təvsiyə edilib və vətənpərvər gənc kimi yetişmələrinin əhəmiyyəti izah edilib.